Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun Bürsülüm kənd inzibati ərazi dairəsində vətəndaşlarla səyyar görüş-qəbulu keçirilmişdir

07 iyun 2012 | 15:00

07 iyun 2012-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun Bürsülüm kənd inzibati ərazi dairəsində vətəndaşlarla səyyar görüş-qəbulu keçirilmişdir. Qəbulda Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti üzrə idarə, təşkilat və müəssisə rəhbərləri iştirak etmişlər. Görüş-qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan problemlər və verilən təkliflərlə bağlı aidiyyəti üzrə idarə rəhbərlərinə tapşırıqlar verilmişdir. Sakinlər ərazidə aparılan yol tikintisi və təmirinə, Ləkər kəndində yeni məktəb binasının tikintisinə, əhaliyə göstərilən qayğı və diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər. Səsləndirilən həlli mümkün məsələlərin icrası ilə bağlı yerindəcə tapşırıqlar verilmişdir.

Keçidlər