Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə bir qrup əlilliyi olan şəxslə görüş keçirilib

02 dekabr 2022 | 17:10

3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov bir qrup əlilliyi olan şəxslə görüş keçirib.

Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə görüş iştirakçılarını təbrik edən rayon icra hakimiyyətinin başçısı bildirib ki, BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qərarı ilə hər il dekabrın 3-nün Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü kimi qeyd olunması qərara alınmışdır. Azərbaycan Respublikası BMT-nin Baş Assambleyası tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əlilliyi olan şəxslərə, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə, eləcə də şəhid ailələrinə diqqət və qayğı göstərilir. Son illər bu sahədə rayonda da bir sıra işlər həyata keçirilmişdir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdi, bu möhtəşəm qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərildi. Qarabağ müharibəsi əlilləri, Çernobıl əlilləri, Böyük Vətən müharibəsi əlilləri, habelə digər kateqoriyadan olan əlillərlə mütəmadi görüşlər keçirilir, onların problemlərinin həllinə diqqət yetirilir. Bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Görüşdə Qarabağ müharibəsi iştirakçıları: Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Cəlal Məmiyev, Üzeyir Məmmədov, Vəligulla Rzayev, Vətən müharibəsi iştirakçısı Babək Cəfərov çıxış edərək onlara göstərilən qayğı və diqqəti daim hiss etdiklərini, bunun sayəsində bir çox məsələlərin həll edildiyini, hər il Beynəlxalq Əlilliyi Olan Şəxslər Günündə əlilliyi olan şəxslərlə görüş keçirilməsini yüksək qiymətləndirdiklərini bildiriblər, bütün bunlara görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər, qarşılaşdıqları bir sıra sosial problemlərin həlli istiqamətində müxtəlif təkliflər səsləndiriblər.

Görüş iştirakçılarının irəli sürdükləri məsələlərin tezliklə həll olunması üçün rayon icra hakimiyyətinin başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.

Keçidlər