Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

3 Dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı Lerik rayonunda tədbir keçirilib

03 dekabr 2024 | 17:18

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək bildirib ki, əlillərə dəstək hər bir vətəndaşın humanist vəzifəsidir. Onlara qarşı münasibətdə hörmət və dəstək göstərmək cəmiyyətin mənəvi borcudur. Əlillərin hüquqlarını qorumaq, cəmiyyətin diqqətini onların problemlərinə yönəltmək və sosial inteqrasiyasını təmin etmək məqsədilə hər il dünyada 3 Dekabr -  Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə bu gün 1994-cü ildən Azərbaycanda da qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan şəxslər kimi əlillər də daim dövlətin qayğısı ilə əhatə olunmuş, onların problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılır. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlar kimi, əlillərin də rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. Azərbaycanda əlillərin hüquqlarını qorumaq məqsədilə qəbul edilmiş qanunlar və həyata keçirilən proqramlar onların sosial müdafiəsini təmin etməyə yönəlib. Əlilliyi olan şəxslərin işlə təminatı, təhsil almaq imkanı, tibbi xidmətlərə çıxışın artırılması və xüsusi texniki vasitələrlə təmin edilməsi bu siyasətin əsas komponentlərindəndir.

Sonra Azərbaycan Qarabağ Müharibəsi Əlillləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov çıxış edərək əlillərin sosial təminatı, onların həyat şəraitinin yaxşılaşdırılması və hüquqlarının qorunması istiqamətində rayonda bir sıra əhəmiyyətli addımlar atıldığını, o cümlədən əlamətdar bayram günlərində əlillərə ərzaq bağlamalarının verilməsini, yataq xəstəsi olan əlillərə həmin yardımların evlərində çatdırıldığını qeyd edərək minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən əlillər ölkəmizdə onlara göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər