Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirildi

01 fevral 2016 | 16:00

Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirildi.  Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon gəncləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
     Bildiririk ki, Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək 2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, gənclərə xoş arzularını çatdırdı. Bildirdi ki, Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutur. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, dövlətçilik məfkurəsinə, yüksək ideyalara malik gənclər formalaşır. Ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi ardıcıl və məqsədyönlü xarakter daşıyır, bu sahədə bir çox dövlət proqramları uğurla icra olunur. Gəncliyin inkişafı cəmiyyətin, xalqın, millətin ümumilikdə Azərbaycanın tərəqqisi yüksəlişi deməkdir.
    Sonra rayon gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmov açaraq qeyd etdi ki, müstəqil Azərbaycan gənclərinin 20 il bundan öncə, 1996-cı il fevralın 2-də ulu öndərin iştirakı ilə keçirilmiş Gənclərin birinci Forumu gənclərin həyatında əlamətdar hadisə olmuşdur.  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Forumdakı dərin məzmunlu nitqi gənclərin fəaliyyət proqramına çevrilmişdir. Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 1-də imzaladığı Sərəncamla Gənclərin I Forumunun keçirildiyi tarix – 2 fevral Azərbaycan Gəncləri Günü elan olundu. Dövlət gənclər siyasəti cənab ilham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf etdirilir. Respublika Prezidentinin gənclərlə bağlı verdiyi tövsiyələr, imzaladığı fərman və sərəncamlar ölkə rəhbərliyinin Azərbaycan gəncliyinə verdiyi yüksək dəyərin təzahürüdür.
    Daha sonra YAP Lerik rayon Gənclər Birliyinin sədri Zamiq Əhədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan gəncliyinin inkişafı naminə təsdiq etdiyi Dövlət Proqramları və verdiyi sərəncamlar gəncliyin inkişafında növbəti yeni inkişaf mərhələsinə yol açmış oldu, ölkədə gənclər siyasətini daha da inkişaf etdirmək, onların işlə təminatı və digər sosial-iqtisadi problemlərin həlli istiqamətində daim tədbirlər görülür.
      Bu tədbirlər rayonumuzda da daim nəzarətdə saxlanılır.  Rayon icra hakimiyyəti, YAP gənclər birliyinin rayon təşkilatı,  gənclər və idman idarəsi ilə daima əlaqəli iş aparır,  gənclərimizi narahat edən məsələlərin həll edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Gənclərlə müxtəlif mövzularda dəyirmi masalar, diskusiyalar təşkil edilir. Son illər gənc kadrların irəli çəkilməsi istiqamətində çox işlər görülmüşdür.
      Gənclərimiz rayonda siyasi partiyaların, ictimai təşkilatların fəaliyyətində də yaxından iştirak edirlər. Belə ki,  Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının üzvlərinin 1730 nəfərini, yəni 45.4%-ni gənclər təşkil edir. Əlbəttə ki, bu böyük güc deməkdir. Azərbaycan tarixində YAP Gənclər Birliyi qədər böyük bir siyasi gənclər təşkilatı olmayıb. Burada çox fədakar, vətənini, dövlətini sevən, Heydər Əliyev ideyalarına sadiq olan, Prezident İlham Əliyevin siyasətini dəstəkləyən gənclər birləşib. Partiyamız gənclərə hər zaman dəstək verir, bu da təbii ki, хoşagələn və fəхr ediləsi haldır. Bu gün istər təhsilimizdə, istər idman sahəsində, istər tibb, elm, mədəniyyət, istər sosial-iqtisadi həyatda yetərincə aktiv fəaliyyət göstərən, savadlı, yüksək intellektual dünya görüşə, dərin biliyə malik gənclər var.
      Tədbirdə fəal gənclərdən Ülkər Rüstəmova, Orxan Abbaszadə və digərləri çıxış edərək bildirdilər ki, bu gün respublikamızda gəncliyimizə göstərilən diqqət və qayğı aparılan məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycan gəncliyi dövlətin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində xoşbəxt və işıqlı gələcəyə doğru addımlamaqdadır.
Tədbirdə bir qrup fəal gəncə rayon icra hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələr təqdim edildi.

Keçidlər