Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şuranın iclası keçirildi

27 yanvar 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında Şuranın iclası keçirildi.
    Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov Şura iclasının gündəliyini elan etdi və Azərbaycan Respublikasının Prezidentinin sədrliyi ilə 2015-ci ilin yekunları ilə bağlı keçirilən Nazirlər Kabinetinin iclasında, yanvar ayının 18-də cənab Prezidentin yanında Sosial-iqtisadi məsələrlə bağlı keçirilmiş müşavirədə və 26 yanvarda 2014-2018-ci illər Regionların sosial-iqtisadi inkişafı Dövət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda cənab Prezident tərəfindən qarşıya qoyulan vəzifələri diqqətə çatdırdı, tapşırıq və tövsiyələrini verdi.
     Daha sonra Şura iclasının gündəliyində olan “Rayon icra hakimiyyətinin kütləvi informasiya vasitələri, siyasi partiyalar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətinin təşkilinin vəziyyəti barədə” İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən hazırlanmış məsələ müzakirə edildi və müvafiq qərar qəbul olundu.

Keçidlər