Vətəndaşların qəbulu keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Öncə Operativ İdarəetmə Mərkəzi ilə Piran və Şingədulan ərazi dairəsindən olan vətəndaşlar qəbul edildi. Ərazi icra nümayəndələri ərazidəki mövcud vəziyyət barədə rayon icra hakimiyyəti başçısına məlumat verdilər.
Qəbul zamanı Siyov kənd sakinləri, şəhid anası Nənəvəs Cahangirova oğlunun ərazidə müvafiq işlə təmin olunmasına, Bahadır Bayramov ünvanlı dövlət sosial yardımının verilməsinə, Əliməmməd Məcidov Piran-Hamarat avtomobil yolunun təmirinə, Piran kənd sakini Aydın Səfərov kəndin ortasından keçən Vazaru çayı üzərində piyada körpüsünün tikintisinə, Şingədulan kənd sakinləri, Kərəm Səlimov ünvanlı dövlət sosial yardımının verilməsinə, İsa İsmayılov həyətyanı torpaq sahəsinin ayrılmasına, Nəzərov İdrət kəndə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etdilər.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 40 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
Lerik şəhər sakini Bəndiyeva Bilqeyis müalicə olunmasından ötrü ona maddi yardımım göstərilməsini, Pirzəkücə kənd sakini Nuriyev Xəzər qəzalı vəziyyətdə olan evinin bərpası və ya yeni evin tikintisinə, Monidigah kənd sakini Abdullayev Səadət oğlunun işlə təmin edilməsinə, Dəstər kənd sakini Əmənov Oqtay, Qələbin kənd sakini Kazımov Əliəşrəf, Lerik şəhər sakini Qənbərov Cavanşir işlə təmin olunmasına köməklik göstərilməsini xahiş etdilər.
Qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlərin görülməsi, həlli mümkün olan təkliflərin icrasına köməklik göstərilməsi, qəbulda olan digər vətəndaşların iş, maddi və ünvanlı dövlət sosial yardımı istəməsi və başqa problemlərlə bağlı müraciətlərinin araşdırılması və həlli mümkün məsələlərin icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.