31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ümumrayon tədbiri keçirildi
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayramsayağı bəzədilmiş Lerik şəhərinin Heydər Əliyev Meydanında yeni il rəmzi olan “Yolka” ətrafında Şaxta Baba və Qar qızın iştirakı ilə rayon icra hakimiyyəti, idarə, təşkilat və müəssisələrin kollektivləri, ağsaqqalların, məktəblilərin və rayon ictimaiyyətinin iştirakı ilə ümumrayon tədbiri və bayram konserti keçirildi.
Bayram tədbirini rayon mədəniyyət şöbəsinin əməkdaşı Hüsaməddin Abbasov açıq elan edərək tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi. Rayon icra hakimiyyəti başçısının rayon əhalisinə xoş arzularını və təbriklərini çatdırdı. Son illər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikanın bütün regionlarında olduğu kimi 2015-ci ildə rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri barədə məlumat verdi.
2015-ci ilin rayonumuz üçün uğurlu il olduğunu, son illərdə rayonda 50-yə yaxın məktəbin, onlarla sosial obyekt və inzibati idarə binalarının tikilməsi, kəndara avtomobil yollarının əsaslı tikintisi və təmiri işlərini, su xəttinin çəkilişi, kanalizasiya şəbəkəsinin qurulması, 45 kənddə mavi qazın verilməsini və digər mühüm əhəmiyyətli işlərin görüldüyünü qeyd etdi. Bu uğurların 2016-cı ildə də davam etdiriləcəyini diqqətə çatdırdı. Qarşıda duran vəzifələri qeyd edən natiq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün artıq hər il dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən təntənə ilə keçirilir.
Daha sonra rayon mədəniyyət və turizm şöbəsinin musiqi kollektivinin hazırladığı musiqi nömrələri nümayiş etdirildi.
Şaxta Baba və Qar qız rayon sakinlərini və tədbir iştirakçılarını təbrik etdi, Şaxta Baba uşaqlara hədiyyələr payladı.