Kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayon icra hakimiyyəti tərəfindən 30 dekabr 2015-ci il tarixdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına artan tələbatının ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edildi. Yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə tərəvəz, toyuq, süd məhsulları, ət, həmçinin müxtəlif çeşiddə çərəzlər satışa çıxarılmışdır. Ümumilikdə yarmarkada 1 ton kartof, 2 ton meyvə, 1 tona yaxın ət və digər zəruri mallar satılmışdır.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov yarmarkada iştirak etmiş, ərzaq məsullarının qiymətləri ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, yarmarkada bütün növ məhsullar bazar qiymətlərindən 20-30 % aşağı qiymətə satılmışdır.
Yarmarkada iştirak edən sakinlər bu təşəbbüsə görə ölkə Prezidentinə və rayon icra hakimiyyəti başçısına öz minnətdarlıqlarını bildirdilər.