Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Dövlət qulluqçularının təntənəli yolasalma mərasimi keçirildi

25 dekabr 2015 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında uzun müddət dövlət qulluğunda səmərəli və qüsursuz fəaliyyət göstərən rayon icra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Təhməz Əliyevin, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Rafiq Şabanovun, aparatın sürücüsü Əyyar Şahbazovun, Nüvədi ərazi icra nümayəndəsi İntiqam Əsədovun, Əliabad ərazi icra nümayəndəsi Akif Ağayevin, Bürsülüm ərazi icra nümayəndəsinin müavini İxtiyar Zeynalovun, rayon Statistika idarəsinin müdiri Ədail Məmmədovun, mərkəzi xəstəxananın baş həkim müavini Abdulla Rzayevin pensiya yaşına çatdıqlarına görə, rayon icra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Baləli Rzayevin səhhəti ilə əlaqədar olaraq təntənəli şəkildə təqaüdə yola salınması mərasimi keçirildi.
    Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov təqaüdə gedən şəxslərin hər biri haqqında ürək sözlərini çatdırdı, onlara gələcək işlərində və şəxsi həyatlarında uğurlar arzuladı. Onların hər birinin həmişə Azərbaycan dövlətinə, dövlətçiliyə sadiq olduğunu, tutduqları vəzifənin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdırdı və onlara təşəkkür etdi. Uzun illər səmərəli və qüsursuz xidmətlərinə görə onların rayon icra hakimiyyəti başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif etdiyini diqqətə çatdırdı.
     Daha sonra təqaüdə çıxan şəxslərə rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edildi.
    Təqaüdə yollanan dövlət qulluqçuları adından Təhməz Əliyev çıxış edərək göstərilən qayğı və diqqətə görə minnətdarlığını bildirdi.

Keçidlər