Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şuranın iclası keçirildi

25 dekabr 2015 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında Şuranın iclası keçirildi. Şura iclasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi icra nümayəndələri iştirak edirdi.
      Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov Şura iclasının gündəliyini elan etdi.
    Sonra gündəlikdə olan “Rayonda əkinə yararlı torpaq sahələrindən təyinatı üzrə istifadənin vəziyyəti barədə” Sosial-iqtisadi inkişafın təhlili və  proqnozlaşdırılması şöbəsinin müdir müavini Vüqar Mirzəyevin, “Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın, Aparatın və ərazi icra nümayəndəliklərinin 2016-cı il üçün perspektiv iş planının təsdiq edilməsi haqqında” Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mahmud Zahidovun arayışları dinlənildi.
     Gündəlikdə olan məsələlər müzakirə edilərək müvafiq qərar qəbul edildi.
    Sonda icra hakimiyyəti başçısı tədbir iştirakçılarını qarşıdan gələn 31Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edərək xoş arzularını bildirdi.

Keçidlər