Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

22 dekabr 2015 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
      Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 21 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
      Tatonu kənd sakini, şəhid anası Elmira İbadova yanmış mal-qara tövləsinin bərpa olunmasına, Bürsülüm kənd sakini Qasım Şiriyev kənd məktəbində işlədiyi işin oğlunun adına keçirilməsinə, Buruq kənd sakini İslam Dadiyev işlə təmin olunmasına, Lerik şəhər sakini Teymur Bünyadov bələdiyyə tərəfindən həyətyanı torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsini, qəbul edilən digər vətəndaşlar iş, ev, maddi və ünvanlı dövlət sosial yardımı istəməsi və başqa problemlərlə bağlı xahiş etdilər. Qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlərin görülməsi, həlli mümkün olan təkliflərin icrasına köməklik göstərilməsi barədə aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər