Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib

27 may 2025 | 17:15

28 May – Müstəqillik Günü münasibətilə mayın 27-də Lerik Rayon Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti başçısı aparatının, idarə, müəssisə və təşkilatların əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov giriş sözü ilə çıxış edərək bildirib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika idi. Bu dövlətin qısa bir müddət ərzində həyata keçirdiyi tədbirlər, dəyərli işlər xalqımızın dövlətçilik tarixində böyük iz buraxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti az yaşadı, ancaq o öz başlıca tarixi missiyasını ləyaqətlə yerinə yetirdi, Azərbaycan xalqının tarixinə parlaq səhifə yazdı. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır. Bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş bayrağı, gerbi yaşatmaqla özünün milli dövlətçilik ənənəsinə uyğun olaraq varisliyini sübut edir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, şəhid atası Mükafat Yaqubov, Arif Nuriyev adına Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyinin direktoru Gültəkin Şıxəliyeva, Lerik Rayon Dövlət Arxivinin müdiri Balaşirin Nəsirov, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov çıxış edərək, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının dövlətçilik tariximizdə müstəsna yer tutduğunu, həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini gücləndirdiyini qeyd ediblər, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında xidmətləri olan şəxslərin arzularının reallaşması üçün çox işlər gördüyünü, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yolunda inkişaf etdiyini, dünya dövlətləri sırasında özünəməxsus yer tutduğunu vurğulayıblar.

Keçidlər