Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Gəncə, Şəmkir, Samux, Göygöl və Gədəbəy rayonlarından olan tur-aksiya iştirakçıları Lerikdə

18 noyabr 2015 | 16:00

Noyabrın 16-dan etibarən “Ölkəmizi tanıyaq” layihəsi üzrə respublikamızın ümumtəhsil məktəblilərinin yuxarı sinif şagirdləri üçün təşkil olunan növbəti tur-aksiyası üzrə səfərdə olan Gəncə, Şəmkir, Samux, Göygöl və Gədəbəy rayonlarından olan 200 nəfər tur-aksiya iştirakçıları noyabrın 18-də Lerik rayonuna  oldular.
   Tur-aksiya iştirakçılarını şəhərin Heydər Əliyev meydanında rayon icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri mehribanlıqla qarşıladılar.
   Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova tur-aksiya iştirakçılarını salamlayaraq ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, bu sahədə rayonda görülmüş işlərdən, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası istiqamətində rayonda həyata keçirilən layihələrdən danışdı, rayon haqqında şagirdlərə ətraflı məlumat verdi.
       Məktəblilər Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin, mənalı ömür yolunu əks etdirən eksponatlara və fotoşəkillərə baxış keçirdilər, ümummilli lider Heydər Əliyevin irsi haqqında onlara ətraflı məlumat verildi.
    Tur aksiya iştirakçıları həmçinin “Uzunömürlülər” muzeyində və rayon tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən eksponatlara və fotoşəkillərə baxış keçirdilər, rayonun təbiət mənzərələri, görməli yerləri ilə tanış oldular. Daha sonra məktəblilər “Relax” turizm və istirahət mərkəzində oldular.

Keçidlər