Boykəndil kəndində səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Boykəndil kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov qeyd etdi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilir, respublikada və rayonumuzda geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Dünyada iqtisadi böhran olduğu halda Azərbaycan son 11 ildə dinamik inkişaf edir, yeni iş yerləri yaradılır, bütün sahələrdə uğurlu nəticələr əldə olunur. Bunun bariz nümunəsi kimi rayonumuzda yeni məktəb binalarını, səhiyyə ocaqlarını və digər sosial obyektləri, tikilən yolları misal göstərmək olar. Ərazinizdə ötən illərdə Buruq, Aran, Ərdəbilə kəndlərində yeni məktəb binaları, Kirəvud kəndində yeni yeni poçt binası tikilmiş və yeni EATS quraşdırılmış, Ordahal kəndinə qaz xətti çəkilərək istifadəyə verilmişdir. Hal-hazırda Boykəndil kənd tam orta məktəbinin yeni binasında tikinti işiləri davam etdirilir. Cənab Prezidentin sərəncamı ilə tikilən Kirəvud və qonşu ərazilərin müntəzəm istifadə etdiyi 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun 20 km-i asfaltlaşdırılmış və yolun digər hissəsində isə tikinti işləri davam etdirilir. Rayonun 40 yuxarı yaşayış məntəqəsinə mavi qazın verilməsi təmin edilmişdir. Yaxın günlərdə Livədirqə, Nıso-Murya, Qədiməkücə, Hıramo və Yuxarı Bilnə kəndlərinə qaz veriləcəkdir. Gələcəkdə Kirəvud ərazisinə daxil olan yaşayış məntəqələrinə də təbii qazın verilməsi üçün işlərə başlanılacaqdır.
Səyyar görüş-qəbulda vətəndaşlardan Dadıyev Bəhrəm, Xosrovov Simran, Əzizov Süleyman, Həsənov Ağayar, Əliyev Mətləb, Məmmədova Səmayə və başqaları görülən içlərlə bağlı minnətdarlıqlarını bildirdilər, ərazinin kəndlərinə qaz xəttinin çəkilməsinə, kəndara yolların təmirinə, telefon xətti çəkilməsinə, kənddə transformatorun yenisi ilə əvəz edilməsinə, həyətyanı torpaq sahəsinin ayrılmasına, qəzalı vəziyyətdə olan fərdi evin bərpa edilməsinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən səsləndirilən həlli mümkün məsələlərin icrası məqsədilə aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.