Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Tovuz, Ağstafa və Qazax məktəbliləri Lerikdə

17 noyabr 2015 | 16:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyası çərçivəsində Tovuz, Ağstafa və Qazax  rayonlarından olan şagirdlərin bir qrupu layihə üzrə tərtib olunan səfər proqramına əsasən noyabrın 17-də Lerik rayonunda oldular.  
    Məktəbliləri Heydər Əliyev meydanında rayonun rəhbər işçiləri, müəllimlər, ictimaiyyət nümayəndələri mehribanlıqla qarşıladılar.
  Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova tur-aksiya iştirakçılarını salamlayaraq ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, bu sahədə rayonda görülmüş işlərdən, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası istiqamətində rayonda həyata keçirilən layihələrdən danışdı, rayon haqqında şagirdlərə ətraflı məlumat verdi, cənab Prezidentin bilavasitə tapşırığı əsasında həyata keçirilən tur-aksiyanın əhəmiyyətini qeyd etdi.
    Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponat və fotoşəkillərlə tanış olmuş, onlara ulu öndərin irsi haqqında ətraflı məlumat verilmişdir.
      Aksiya iştirakçıları həmçinin “Uzunömürlülər” muzeyində və rayon tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən eksponatlara və fotoşəkillərə baxış keçirmiş, rayonun təbiət mənzərələri, görməli yerləri ilə tanış olmuşlar.
      Sonra məktəblilər “Relax” turizm və istirahət mərkəzində yaradılan şəraitlə tanış oldular.

Keçidlər