Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

17 noyabr 2015 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
      Öncə Operativ İdarəetmə Mərkəzi ilə Şingədulan ərazi dairəsindən olan vətəndaşlar qəbul edildi. Ərazi icra nümayəndəsi ərazidəki mövcud vəziyyət barədə rayon icra hakimiyyəti başçısına məlumat verdi.
    Qəbul zamanı Şingədulan kənd sakinləri, Kərəm Səlimov ünvanlı dövlət sosial yardımının, Əsgərov Xansəyad kəndin elektrik xətlərinin təmirinə, Əliyev Rafiq kəndə içməli su xəttinin çəkilməsinə  köməklik göstərilməsini xahiş etdilər.
       Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 18 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
     Kornədi kənd sakini  Yəhyayev Rəhim  torpaq payının düzgün verilməməsi və bələdiyyə tərəfindən icarəyə torpaq verilməsinə, Axunəhiran kənd sakini İsayeva Bibixanım qonşusu tərəfindən zəbt edilmiş  pay torpağının asudələşdirilməsinə, Vistən kənd sakini Quliyev Nəci sürüşməyə məruz qalmış kənd yolunun bərpasına köməklik göstərilməsini, Noda kənd sakini Ağayev Zamiq ticarət obyekti tikməyə icazə verilməsini xahiş etdilər.  Qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlərin görülməsi,  həlli mümkün olan təkliflərin icrasına köməklik göstərilməsi, qəbulda olan digər vətəndaşların iş, maddi və ünvanlı dövlət sosial yardımı istəməsi, evinə suyun gəlməməsi və başqa problemlərlə bağlı müraciətlərinin araşdırılması və həlli mümkün məsələlərin icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər