Lerikli məktəblilərin Gəncə–Şəmkir–Göygöl istiqamətində ekskursiyası turları başlanmışdır
“Ölkəmizi tanıyaq” layihəsi üzrə respublikanın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin 9–11-ci sinif şagirdləri üçün keçirilən ekskursiya turları çərçivəsində Lerik rayonundan olan məktəblilərin 2015-ci il noyabrın 16-dan 19-dək Gəncə–Şəmkir–Göygöl istiqamətində ekskursiyası başlanmışdır.
Noyabrın 16-da ekskursiya iştirakçıları Lerik şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri düzdülər. Onların yolasalma mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi iştirak edirdi.
Proqrama uyğun olaraq ekskursiya turu iştirakçılarının Gəncə şəhərində qədim qala divarları, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, İmamzadə məscidi, Nizami Gəncəvinin məqbərəsi, Nizami Gəncəvi adına Mərkəz və Xan bağı, Heydər Əliyev adına Milli Park, Heydər Əliyev Mərkəzi, Cavad xan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Comərdi Qəssab türbəsi, Amfiteatr, Gəncə Avtomobil Zavodu, Şəmkir şəhərində Orta əsr Şəmkir şəhəri ərazisi, Heydər Əliyev Mərkəzi, gənclər mərkəzi, bayraq muzeyi, “Abidələr” parkı, Alman kilsəsi və “İstiqlal” parkı, Göygöl rayonunda Heydər Əliyev Mərkəzi, bayraq meydanı, bayraq muzeyi, gənclər mərkəzi, Alman kirxası, tarix-diyarşünaslıq muzeyi, Alman evləri, burada yaşamış sonuncu alman Viktor Klaynın ev muzeyi, Hacıkənd qəsəbəsi və Göygöl Milli Parkına ekskursiyası nəzərdə tutulmuşdur.