Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

03 noyabr 2015 | 16:00

Rayon icra hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
      Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 13 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
    Rəzəvul kənd sakini, şəhid atası Təslim Əzizov həyat yoldaşının müalicəsi ilə bağlı maddi köməklik göstərilməsini, Barzavu kənd sakini Mətləb Rəcəbov, Geskon kənd sakini Mərdan Bayramov, Ambu kənd sakini Elşad Əhmədov işlə təmin olunmaqlarına, Bibiyanı kənd sakini Məlahət Abdullayeva evinin dam örtüyünün təmirinə köməklik göstərilməsinə,  Ərdəbilə kənd sakini Rasim Əliyev və Lərmərud kənd sakini Cavid Tahirov ailə vəziyyətləri ilə əlaqədar maddi köməklik göstərilməsini xahiş etdilər.
    Qəbulda olan digər vətəndaşların müraciətləri də dinlənildi və həlli mümkün məsələlərin icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər