Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Zəriküməco kəndinə mavi qazın verilməsi mərasimi keçirildi

23 oktyabr 2015 | 15:00

23 oktyabr 2015-ci il tarixdə Zəriküməco kəndinə mavi qazın verilməsi münasibəti ilə tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran regional qaz istismarı idarəsinin rəis müavini İxtiyar Seyfullayev, rayon ziyalıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
      Tədbiri giriş sözü ilə açan Piran kənd ərazi icra nümayəndəsi Rizvan Əsədov qonaqları salamlayaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində bu il də  mühüm nailiyyətlər əldə edilmişdir. Son illər Dövlət Proqramlarının və genişmiqyaslı layihələrin davam etdirilməsi nəticəsində şəhər, kənd və qəsəbələrimiz simasını dəyişmiş, müasirləşmiş, əhalinin rifah halı daha da  yüksəlmişdir. Bakıda keçirilən Beynəlxalq tədbirlər Azərbaycanı nəinki regional mərkəzə, qlobal dünya xəritəsində mühüm mərkəzə çevirmişdir. Son illər dünyada hökm sürən maliyyə böhranına baxmayaraq Azərbaycan dinamik inkişaf tempini qoruyub saxlaya bilmişdir. Bu il də iqtisadiyyatımız rəqabət qabiliyyətliyinə görə dünyada 40-cı, MDB məkanında birinci yerdədir.
      Məhz bu inkişafın nəticəsidir ki, bu gün kəndlərimizə abad yollar çəkilir, infrastruktur yenilənir, əhalinin sosial-məişət problemləri həll olunur. Son illər işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini vermişdir. Bunun bariz nümunələri Piran kənd ərazi icra nümayəndəliyinə daxil olan kəndlərdə də göz önündədir. Piran kəndində kərpic, qum-çınqıl istehsal edən zavodun, yeni məktəb binasının, həkim məntəqəsinin istifadəyə verilməsi, mədəniyyət evinin əsaslı təmir edilməsi, Broyler fabrikinin tikilməsi və qaz xəttinin çəkilməsi, ötən il Zəriküməco kəndində müasir tipli məktəb binasının istifadəyə verilməsi və bu gün bura mavi qazın verilməsi dediklərimizə əyani nümunədir. Çətin relyefə malik olan dağ kəndlərində qısa zaman ərzində qaz xəttinin çəkilməsi cənab Prezidentin rayonmuzun sakinlərinə olan qayğı və diqqətinin bariz nümunəsidir. Havaların soyuduğu, artıq qışın gəldiyi bir vaxtda kəndimizə mavi qazın verildiyinə görə Cənab Prezidentə minnətdarlığımızı bildiririk. Biz inanırıq ki, Azərbaycan qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm zəfərlərə doğru inamla addımlamaqda davam edəcəkdir.
      Daha sonra kənd sakinlərindən Xudaverdiyev Seyidəli çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdi.
      “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran regional qaz istismarı idarəsinin rəis müavini İxtiyar Seyfullayev çıxış edərək kənd sakinlərini təbrik etdi, yeni istifadəyə verilmiş mavi qazdan səmərəli və ehtiyatla istifadə olunması ilə bağlı kənd sakinlərinə tövsiyələrini çatdırdı.
      Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov kənd sakinlərini əlamətdar hadisə-təbii qazın verilməsi münasibəti ilə təbrik etdi. Qeyd etdi ki, cənab Prezidentin qayğı və diqqəti ilə son illər Azərbaycanın hər bir bölgəsində olduğu kimi, rayonumuzda da geniş quruculuq-abadıq işlərinin həyata keçirilir. Yollar salınır, yeni məktəblər, səhiyyə ocaqları tikilərək istifadəyə verilir. Bu il rayonun elektrik təsərrüfatında da təmir-bərpa işləri aparılır. Lənkəran-Lerik yüksək gərginlikli elektrik hava xətti əsaslı təmir edilir, bir neçə kəndimizdə transformatorlar təzələnir, kənddaxili sıradan çıxmış elektrik dirəkləri dəmir dirəklərlə əvəz olunur, xətlər SİP kabellərlə çəkilir. Cənab Prezidentin tapşırığı, qayğı və diqqəti ilə rayonumuzda bütün bu işlərin  həyata keçirilməsində bizə dəstək olan hər kəsə öz dərin minnətdarlığımızı bildiririk.
      Sonda rayon İcra hakimiyyətinin başçısı Rövşən Bağırovun xeyir-duası ilə 53 abonenti olan Zəriküməco kəndinə təbii qazın verilməsini bildirən məşəl alovlandırıldı. Kənd sakinləri bu əlamətdar hadisə ilə əlaqədar qurban kəsdilər.

Keçidlər