Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

27 Sentyabr – Anım Günü münasibətilə Lerik rayonunda ümumrayon tədbiri keçirilib

27 sentyabr 2022 | 17:05

27 Sentyabr – Azərbaycan Respublikasında Anım Gününün keçirilməsinə dair Lerik Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun, rayonun hüquq mühafizə orqanları rəhbərlərinin, idarə, müəssisə və təşkilatların kollektivlərinin, şəhid ailə üzvlərinin, Vətən müharibəsi iştirakçılarının, ziyalıların, ağsaqqalların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib.

Öncə “Şəhidlər” abidə kompleksi ziyarət edilib, kompleksin qarşısında Lerik Rayon İcra Hakimiyyəti adından əklil qoyulub və tər gül-çiçək dəstələri düzülüb.

“Şəhidlər” abidə kompleksi önündə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirililməsi ilə başlanan mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad edib. Bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırib.

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi həmişə ehtiramla yad edildiyini, şəhidlərin həyatı və döyüş yoluna həsr olunan tədbirlərin mütəmadi olaraq keçirildiyini vurğulayıb.

Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun atası Rəbbil Heydərov, şəhid anası  Sevinc Babayeva, şəhid atası Mükafat Yaqubov, Vətən müharibəsi iştirakçısı Babaək Cəfərov çıxış edərək torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını bildiriblər, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə ediblər.

Tədbirdə şəhid Arif Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin şagirdlərin ifasında şəhidlərimizə həsr olunmuş ədəbi-bədii komposiziya nümayiş etdirilib.

27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü münasibətilə saat 12.00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon ərazisində şəhidlərin xatirəsinə ağacəkmə aksiyaları keçirilib və ümumilikdə 380 ədəd müxtəlif növ ağac əkilib.

Keçidlər