Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Jater Pena Lerik rayonunda rəsmi səfərdə olmuşdur
2015-ci il oktyabrın 5-6-da Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Jater Pena Lerik rayonunda rəsmi səfərdə olmuşdur.
Səfər çərçivəsində Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Jater Pena və Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov arasında görüş oldu. Rayon icra hakimiyyəti başçısı rayonun qədim tarixi, sosial-iqtisadi inkişafı haqqında qonaqlara ətraflı məlumat verdi. Assad Jose Jater Pena Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onda xoş təəssürat yaratdığını qeyd etdi, paytaxtla yanaşı region şəhərlərində də inkişafın, müasirləşmənin getdiyini, Lerikdə olmasından məmnun qaldığını bildirdi. Görüş zamanı səfir Assad Jose Jater Penaya və onun xanımına rayon sakinləri tərəfindən hazırlanmış xalq sənətkarlığı nümunələrindən ibarət hədiyyələr və Lerik haqqında yazılmış kitablar təqdim edildi.
Səfər çərçivəsində qonaq Heydər Əliyev Mərkəzini ziyarət etmiş, rayon tarix və diyarşünaslıq muzeyi, eləcədə “Uzunömürlülər” muzeyində eksponatlarla, rayonun bir sıra tarixi və mədəni abidələri ilə yaxından tanış olmuşdur. Həmçinin qonağa rayonunumuzun uzunömürlü sakinləri və zəngin tarixi keçmişi haqqında ətraflı məlumat verilmişdir. Cənab Assad Jose Jater Pena özü ilə gətirdiyi bir sıra kitabları rayon mərkəzi kitabxana sisteminə hədiyyə etmişdir. Daha sonra rayonun “Relax” İstirahət və Turizm Mərkəzində Azərbaycanın milli mətbəxinin nümunələri ilə yaxından tanış olmuş, oktyabr ayının 6-da Lerik rayonunun təbiət guşələrini seyr etmişdir. Kolumbiyalı qonaq rayonun geniş turizm potensialına və burada həyata keçirilən abadlıq-quruculuq işlərinə heyranlığını ifadə etmiş, eləcədə rayonun təbiətinin onu valeh etdiyi barədə fikirlər səsləndirmişdir.