Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

06 oktyabr 2015 | 15:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
    Öncə Operativ İdarəetmə Mərkəzi vasitəsi ilə Şingədulan kənd ərazi dairəsindən olan vətəndaşlar qəbul edildi. Ərazi icra nümayəndəsi ərazidəki mövcud vəziyyət barədə rayon icra hakimiyyəti başçısına məlumat verdi.
    Qəbul zamanı Şingədulan kənd sakinləri, Kərəm Səlimov ünvanlı dövlət sosial yardımının verilməsinə, Gülağa Əbdülov kəndin elektrik xətlərinin kabelləşdirilməsinə, kəndə içməli su xəttinin çəkilməsinə  və Şəfi Adığözəlov qəzalı vəziyyətdə olan evinin bərpası və ya yeni evin tikintisinə köməklik göstərilməsini xahiş etdilər. Onlayn qəbul edilən vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verildi.
      Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 42 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
   Blaband kənd sakini, şəhid atası Ağayar Səfərov sanatoriyaya göndəriş vərəqəsinin verilməsinə, Şonaçola kənd sakini, şəhid atası Xanrza Məhərrəmov su çəkməyə rezin boru verilməsinə, şəhər sakinləri Şəhla Qasımova və Gülnaz Şahıyeva yaşadıqları evin sənədləşdirilməsinə, Faiq Mikayılov və Teymur Bədəlov həyətinə gedən yolun açılmasına, Ambu kənd sakinləri Şahin Əhmədov tikinti materiallarının verilməsinə, Ulduza Əhmədova işlə təmin olunmasına köməklik göstərilməsini  xahiş etdilər.
     Qəbulda olan vətəndaşların müraciətlərinin araşdırılması və həlli mümkün məsələlərin icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər