5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olundu
Lerik şəhər 3 saylı tam orta məktəbinin akt zalında 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov əlamətdar gün münasibəti ilə müəllimləri təbrik etdi, xoş arzularını çatdırdı. Son illər cənab Prezidentin diqqət və qayğısı ilə rayonda bir çox yeni məktəb binalarının tikildiyini, əsaslı təmir olunduğunu, məktəblərin ən müasir avadanlıq və ləvazimatlarla təchiz edildiyini qeyd etdi. Hər il rayonun da qabaqcıl müəllimlərinin dövlət başçısı tərəfindən təltif olunmasını vurğulayaraq təhsil işçiləri adından ölkə rəhbərinə minnətdarlığını və razılığını bildirdi.
Tədbirdə Günəşli kənd tam orta məktəbinin direktoru Qurban Ağayev, Lerik Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Araz Qurbanov, Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin müəllimi Brilyant Bayramova, əməkdar müəllim Əhməd Əzizov, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 oktyabr tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş Lərmərud kənd tam orta məktəbinin müəllimi Əfrəddin Abdullayev çıxış edərək təbriklərini çatdırdılar, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışdılar, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, həmçinin rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir iştirakçılarının timsalında rayonun bütün müəllimlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 oktyabr tarixli sərəncamları ilə respublikanın təhsil işçilərinə fəxri adların verilməsinin, medalla təltif edilməsinin dövlət başçının bütün sahələrə olduğu kimi, təhsilin inkişafına da göstərdiyi diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğuladı.
Təhsildə keyfiyyətin yüksəldilməsində, gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə bir qrup müəllimə Lerik Rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim edildi.
Tədbir bədii hissə ilə davam etdiri