Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik rayonunda müqəddəs Qurban bayramı qeyd olundu

24 sentyabr 2015 | 15:00

24 sentyabr 2015-ci il tarixdə müqəddəs Qurban bayramı münasibətilə Lerik rayonunda tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, aidiyyəti idarə, müəssisə rəhbərləri, ağsaqqallar, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
     Bayram münasibətilə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov rayon sakinlərini təbrik edərək qeyd etdi ki, Qurban bayramı müsəlman aləminin ən gözəl bayramlarından biridir. Hər il dövlət səviyyəsində iki gün bayram günü élan edilir. Bu günlərdə ölkəmizin hər yerində Allah yolunda qurbanlar kəsilir, dövlətimizin daha da firavan yaşaması və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsi nümayiş etdirilir.
     Sonra qurbanlar kəsilərək Lerik rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi və Böyük Vətən Müharibəsi iştirakçıları və imkansız ailələrə ümumilikdə 550 ailəyə bayram sovqatı verildi.

Keçidlər