Vətəndaşların qəbulu keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Öncə Operativ İdarəetmə Mərkəzi vasitəsi ilə Siyov və Çayrud kənd icra nümayəndəliklərindən olan vətəndaşlar qəbul edildi. Kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndələri ərazidəki mövcud durum barədə rayon icra hakimiyyəti başçısına məlumat verdilər.
Qəbul zamanı Siyov kənd sakinləri Qüdrət Əmirov və Asif Əhmədov Siyov inzibati ərazi dairəsi üzrə kəndlərin qazlaşdırılmasına, Siyov kəndinə 3 km məsafədən su xəttinin çəkilməsinə köməklik göstərilməsini, Hovil kənd sakini Bağış İbrahimov kollec bitirmiş qızının ərazidə müvafiq işlə təmin olunmasını xahiş etdilər.
Çayrud kənd sakini Nəsir Rzayev yeni dərs ilinin başlanması ərəfəsində Çayrud kənd tam orta məktəbinin mərkəzləşdirilmiş qazanxanasına qaz xəttinin çəkilməsinə və məktəbin idman zalının çökmüş dam örtüyünün bərpasının vacibliyini bildirdi və köməklik göstərilməsini xahiş etdi. Hər iki ərazi icra nümayəndəlikdən olan onlayn qəbul edilən vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 30 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
Pirəsora kənd sakini şəhid atası Şahrza Təhməzov odun yanacağı ilə təmin olunmasına və qəzalı vəziyyətdə olan evinin təmirinə, Pirzəkücə kənd sakini Sərnaz Heydərova inşaat materialının verilməsinə, Cəngəmiran kənd sakini Çiçək Əhədova, Kincvo kənd sakini Faiq Əliyev ev tikməkdən ötrü həyətyanı torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsini, Mastail kənda sakini Xanımbacı Abdullayeva, Şingədulan kənd sakini Asudə Ağayeva torpaq paylarının naturada göstərilməsinə, Rəzəvul kənd sakini, Qarabağ müharibəsi əlili Məhəbbət Nəsirov oğlunun, şəhər sakini Şəhla Abidova, Soru kənd sakini Nazbacı Cəfərova və başqaları işlə təmin olunmaqlarına, Pirzəkücə kənd sakini Cahil Babayev kənd yolunun asfaltlaşdırılmasına köməklik göstərilməsini xahiş etdilər.
Qəbulda olan vətəndaşların müraciətlərinin araşdırılması və həlli mümkün məsələlərin icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.