Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

2015-ci ilin birinci yarısında Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş Şuranın geniş iclası keçirildi

31 iyul 2015 | 15:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və 2015-ci ilin birinci yarısında Lerik rayonunda görülmüş işlər, qarşıda duran vəzifələr”lə bağlı rayon icra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi.
     Şura iclasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
      Şura iclasını giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezidentin proqram xarakterli giriş və yekun nitqində qeyd olunan məsələlər barədə ətraflı məlumat verdi, dünyada baş verən iqtisadi böhran fonunda Azərbaycan iqtisadiyyatının dinamik inkişafının təmin edildiyini, ölkəmizin ilin birinci yarısını uğurlu göstəricilərlə başa vurulduğunu qeyd etdi.
     Bildirdi ki, Regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə qəbul edilmiş Dövlət Proqramları ölkəmizin iqtisadiyyatının dinamik inkişafını təmin etmiş, iqtisadiyyatın neft sektorundan asılılığını azaltmış, bölgələrin inkişafını daha da sürətləndirmişdir. Dövlət Proqramlarının uğurlu iclasının nəticəsidir ki, 2015-ci ilin birinci yarısında da əhalinin pul gəlirləri artmış, infilyasiyanın və yoxsulluğun səviyyəsi aşağı düşmüşdür.
     Məhz bu uğurlu siyasi kursun nəticəsidir ki,  Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır  və ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır. İyun aynda dünyanın 50 ölkəsindən 6 mindən çox idmançının iştirakı ilə ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi, açılış və bağlanış mərasimlərinin möhtəşəm təşkili, Avropa Oyunlarının cənab Prezident  tərəfindən alovlandırılan məşəlinin qədim Azərbaycanın bütün bölgələrində qarşılanması ilə Azərbaycan xalqının tarixi keçmişi, ənənələri, əsl tolerantlığı bir daha dünyaya nümayiş etdirildi.
     Sonra rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov birinci yarımilin yekunları ilə bağlı geniş məruzə etdi. Rayonda aparılan tikinti-quruculuq, abadlıq işləri, yeni açılmış iş yerləri barədə məlumat verdi, kənd təsərrüfatı sahəsində əldə olunan uğurları diqqətə çatdırdı, qarşıda duran vəzifələri qeyd etdi.
      İclasda rayon gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmov, əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Malik Mirzəyev, maliyyə idarəsinin rəisi Elman Abbasov, elektrik şəbəkəsinin müdiri Şəfayət Hacıyev çıxış edərək rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
       Şura iclasında qeyd olunan təkliflər və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar qəbul olundu.
       İcra hakimiyyəti başçısı Rövşən Bağırov ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza yüksək qayğı və diqqət göstərdiyini, rayonun sosial-iqtisadi inkişafını təmin etmək, əhalinin məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə bir neçə dəfə sərəncam imzaladığını qeyd etdi. Bu ildə dövlət qulluqçularının peşə bayramı günü ərəfəsində imzaladığı sərəncamla uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun sosial-iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyevin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiyini diqqətə çatdırdı, bunu  rayonun bütün ziyalılarına verilən qiymət olduğunu qeyd etdi.
    Sonra rayon icra hakimiyyəti başçısı “Dövlət qulluğunda fərqlənməyə görə” medalını Cəlil Baxşıyevə təqdim etdi.
    Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Keçidlər