Polis orqanlarının peşə bayramı qeyd edildi
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə polis orqanlarının peşə bayramı gününə həsr olunmuş tədbir keçirildi.
Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə tər güllər düzdülər.
Tədbiri giriş sözü ilə rayon polis şöbəsinin rəisi, polis polkovniki Hüseynəli Məlikov açaraq polis orqanlarının keçdiyi şərəfli yoldan, xalqımızın Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən polis orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğını diqqətə çatdırdı, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini qeyd etdi. Gündən-günə inkişaf edən respublikamızda ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polisin göstərdiyi xidmətlərdən danışdı.
Daha sonra rayon polis şöbəsinin rəis müavini, polis polkovnik - leytenantı Habil Bünyatov Daxili İşlər Naziri general polkovnik cənab Ramil Usubovun təbrikini şəxsi heyətə çatdırdı, xidməti fəaliyyətdə fərqlənən polis əməkdaşlarının mükafatlandırılması barədə polis şöbəsi rəisinin əmrini oxudu.
Sonra rayon prokuroru Bəhruz İbrahimov, Milli Təhlükəsizlik Nazirliyi rayon şöbəsinin rəisi Mehman Qasımov, polis veteranı Daşdəmir Paşayev çıxış edərək polis orqanlarının yaranma tarixi və 97 illik uğurlu fəaliyyətini diqqətə çatdırdılar.
Milli Məclisin deputatı İqbal Məmmədov və rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov polis əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik etdilər, çətin və şərəfli peşələrində uğurlar arzuladılar.
Sonda rayon icra hakimiyyəti başçısı tərəfindən polis şöbəsinin əməkdaşlarına Fəxri Fərman və hədiyyələr təqdim edildi.