Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

23 İyun Dövlət qulluqçularının peşə bayramı günü qeyd edildi

23 iyun 2015 | 15:00

Lerik Rayon Mədəniyyət evində 23 İyun - “Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov iştirak edirdilər.
     Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər gül dəstələri qoyaraq öz ehtiramlarını bildirdilər. 
      Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbiri giriş nitqi ilə açaraq dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik etdi, dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu və bu işlərin bu gün də möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı. Cənab Prezident tərəfindən dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsini dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsi olduğunu qeyd etdi. Bu il bayram ərəfəsində rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyevin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsini diqqətə çatdırdı. Bunun bütün lerikli dövlət qulluqçularına göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğuladı.
     Daha sonra rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov 23 İyun - “Dövlət qulluqçularının peşə bayramı günü"nə həsr olunmuş geniş məruzə ilə çıxış etdi.
     Sonra Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr  Veteranları Şurasının Lerik rayon təşkilatının sədri, dövlət qulluğu təqaüdçüsü Hidayət Bəşirov, YAP Lerik Rayon Təşkilatının sədri Elxan Qənbərov,  rayon təhsil şöbəsinin əməkdaşı Səlmiyə Paşayeva, rayon prokuroru Bəhruz İbrahimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Fəxrəddin Mirzəliyev çıxış edərək dövlət qulluqçularını peşə bayramları münasibəti ilə təbrik etdilər.
     Sonda dövlət qulluğunda uzun müddət səmərəli, qüsursuz fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edildi.

Keçidlər