Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şifahi qəbul keçirildi

16 iyun 2015 | 15:00

Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tərəfindən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
      Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 21 nəfər vətəndaş qəbul olundu.
    Rəzəvul kənd sakini, şəhid atası Əzizov Təslim xəstə həyat yoldaşının müalicəsindən ötrü köməklik göstərilməsini, Hamarmeşə kənd sakini İsmayılova Aygün torpaq payının zəbt olunması, Monidigah kənd sakini Şıxəliyev Alqış işdən qanunsuz çıxarıldığı, Ərdəbilə kənd sakini Əliyev Hilal əkin sahələrini ziyanvericilərin məhv etməsi, Qışlaq kənd sakini Kərimov Qalib ünvanlı dövlət sosial yardımı ala bilməməsi ilə əlaqədar müraciət etmişlər. Lerik şəhər sakini Fərəcova Pərvanə, Hiveri kənd sakini Əliyev Cavid və başqalarının iş istəməsi, həyətyanı torpaq sahəsi, maddi yardım, tikinti materialı və sair barədə müraciətləri araşdırılmışdır.
    Qəbul olunan vətəndaşların bir neçə müraciətinin həlli ilə əlaqədar müvafiq köməklik göstərilmiş, həlli mümkün digər məsələlərin icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər