Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısı yanında Şuranın iclası keçirildi

10 iyun 2015 | 15:00

10 iyun 2015-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun, rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, təşkilat, müəssisə rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirakı ilə Şuranın iclası keçirildi.
     Şura iclasında Azərbaycan  Respublikası  Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın tələblərindən irəli gələn vəzifələrin 2014-cü il və 2015-ci ilin hesabat dövrü ərzində  icra  vəziyyəti barədə məsələ müzakirə olundu.
     Giriş nitqi ilə Şura iclasını açıq elan edən rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov gündəlikdə duran məsələ ilə bağlı məlumat verdi, görülmüş işləri qeyd etdi.
    Gündəlikdəki məsələ ilə əlaqədar rayon icra hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının üzvü, aparatın hüquq şöbəsinin müdiri Araz Quliyev geniş məruzə edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdi.
      Daha sonra tədbirdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Cəlil Baxşıyev, rayon polis şöbəsinin rəisi Hüseynəli Məlikov, rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Ağayev çıxış edərək narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin zəruriliyini, aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanları ilə əlaqəli fəaliyyətin təşkil edildiyini, antinarkoloji təbliğat-təşviqat və maarifləndirmə tədbirlərinin keçirildiyini diqqətə çatdırdılar. 

Keçidlər