Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin 90 illik yubileyi qeyd edildi

05 iyun 2015 | 15:00

Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon mədəniyyət evində əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin 90 illik yubileyi tədbiri keçirildi.
    Öncə tədbir iştirakçıları mədəniyyət evinin foyesində yazıçının kitablarından, fotoşəkillərindən və qəzet materiallarından ibarət sərgi ilə tanış oldular.
    Tədbiri giriş nitqi ilə Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvü,  şair Ağacəfər Həsənli açaraq yubilyarın həyat və yaradıcılığı haqqında məlumat verdi.
     Yubiley tədbirində Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun professoru, filologiya elmləri doktoru İslam Qəribli, Lənkəran Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru Yədulla Ağazadə, Yazıçılar Birliyinin üzvü, şair Balayar Sadiq, Yazıçılar Birliyinin Lənkəran şöbəsinin əməkdaşı Ağamir Cavad, rayon ağsaqqallarından Qəhrəman Əliyev, Musa Bədəlov, Həmzə Vəliməmmədov, Lerikli şair Xanlar Həmid çıxış edərək XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Məmmədhüseyn Əliyev haqqında xatirələrini danışdılar və ona həsr etdirdikləri şeirləri oxudular.
   Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov görkəmli yazıçı Məmmədhüseyn Əliyevin yubileyinin keçirilməsini Prezident cənab İlham Əliyevin yaradıcı insanlara olan diqqət və qayğısının nəticəsi olduğunu diqqətə çatdırdı, ədibin əsrlərinin nəşrinin vacibliyini qeyd etdi.
   Tədbirdə Lənkəran Şəhər Musiqi kollecinin muğam üçlüyü tərəfindən M.Əliyevin qəzəlləri ifa edildi, Lənkəran Dövlət Dram Teatrının aktyoru Allahverən Babayev M.Əliyevin qəzəllərini, Lerik şəhər texniki fənlər təmayüllü liseyin şagirdləri  şeirlərini səsləndirdilər.
    Sonda görkəmli yazıçının oğlu Ənvər Rüstəmov çıxış edərək atasının xatirəsinin yad edildiyinə, 90 illik yubileyinin doğma diyarı olan Lerikdə yüksək səviyyədə keçirildiyinə görə ailə üzvləri adından rayon rəhbərliyinə minnətdarlığını bildirdi.

Keçidlər