Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şair Balayar Sadiqin 50 illik yubileyi qeyd edildi

27 may 2015 | 15:00

27 may 2015-ci il tarixdə Lerik rayon mədəniyyət evində şair Balayar Əliyevin (Balayar Sadiq) 50 illik yubiley tədbiri keçirildi.
      Tədbiri giriş sözü ilə aparıcı Hüsaməddin Abbasov açaraq yubilyarın həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.
      Yubiley tədbirində tanınmış şairlər Ənvər Əhməd, Oqtay Rza, Ağacəfər Həsənli, Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri İltifat Saleh, Qəşəm Nəcəfzadə və başqaları çıxış edərək  çıxış edərək Balayar Sadiqi çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, elinə-obasına bağlı yaradıcı insan kimi xarakterizə etdilər.
      Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şairin yubileyinin keçirilməsini Prezident cənab İlham Əliyevin yaradıcı insanlara olan diqqət və qayğısının nəticəsi olduğunu diqqətə çatdırdı, Balayar Sadiqin rayon icra hakimiyyətinin fəxri fərmanı ilə təltif edildiyini bildirdi və fəxri fərmanı yubilyara təqdim etdi. Şairə uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzuladı.
      Tədbirdə məktəblilərin ifasında şairin şeirləri səsləndirildi, onun sözlərinə bəstələnmiş nəğmələr ifa edildi.
      Sonda yubilyar çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirdi.

Keçidlər