Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

28 May – Respublika Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi

27 may 2015 | 15:00

27 may 2015-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətində 28 May – Respublika Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi.
    Tədbiri giriş sözü açan Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə xalqımızın qədim dövlətçilik ənənələrinin bərpa edilməsi, insan hüquqlarının və azadlıqlarının təminatına, irqi, milli, dini, sosial bərabərsizliklərin ləğvinə, demokratik dövlət quruculuğunun həyata keçirilməsinə əsaslı şərait yaradılması haqda məlumat verdi. Bildirdi ki, “İstiqlal Bəyannaməsi”nin elan edildiyi 28 May gününü bu gün də xalqımız Respublika Günü kimi qeyd edir.
    Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etmişdir ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyə qovuşdu. Müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı dövrdə - 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra ölkədə vəziyyət sabitləşdi. İctimai-siyasi asayiş təmin edildi, ölkədə dinamik inkişaf başladı. O illərdə başlanmış və bu gün uğurla davam etdirilən siyasi, iqtisadi və hüquqi islahatlar Azərbaycanda dövlətçiliyin əsaslarını möhkəmləndirdi.
      İndi Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Dövlətimiz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı, ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. Müstəqil daxili və xarici siyasət yeridən, nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Azərbaycan Respublikası artıq təkcə regionda deyil, dünya miqyasda söz sahibi olan dövlət kimi tanınır. 2011-ci ildə Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzv seçilməsi, beynəlxalq forum və tədbirlərin, idman yarışlarının ölkəmizdə keçirilməsi Azərbaycan dövlətinin beynəlxalq mövqelərini yüksək dərəcədə möhkəmləndirməsinin göstəricisidir. Məhz bu iqtisadi və siyasi qüdrətin, ictimai-siyasi sabitliyin nəticəsidir ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Qısa müddət ərzində bu idman yarışının keçirilməsi üçün lazımi tədbirlər həyata keçirilmişdir. Bir neçə gündən sonra “Bakı 2015” ilk Avropa Oyunlarının açılışı keçiriləcəkdir.
    Daha sonra Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Arzu Vəliməmmədova Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında geniş məruzə etdi.
     Məruzə ətrafında Lerik peşə məktəbinin direktoru Hüseynbala Əliyev, Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin müəllimi Dünyaxanım Kərimova  çıxış etdilər.

Keçidlər