Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şingədulan kəndində səyyar görüş-qəbul keçirildi

21 may 2015 | 15:00

Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Şingədulan kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
     Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov son illər Prezident cənab İlham Əliyevin qayğı və diqqəti ilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Respublikada və rayonumuzda həyata keçirilən abadlıq-quruculuq işləri barədə geniş  məlumat verdi. Əldə edilmiş bu uğurların, yaradılmış sabitliyin nəticəsidir ki, ölkəmiz son illər bir çox beynəlxalq tədbirlərə, forumlara, idman yarışlarına ev sahibliyi edir. Artıq 22 gündən sonra respublikamızda möhtəşəm idman tədbiri, “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimi keçiriləcəkdir. Bildiyiniz kimi Avropa Oyunlarının Məşəli 26 apreldə cənab Prezident tərəfindən alovlandırıldıqdan sonra, Məşəlin regionlarda qarşılanma mərasimi keçirilir. Rayonumuzda da bu tədbir sizlərin iştirakı ilə möhtəşəm şəkildə keçirildi. Bu tədbir dövlət başçısının rayonumuza yüksək qayğı və diqqətini bir daha təsdiq etdi.
      Daha sonra natiq bildirdi ki, son 11 ildə bütün sahələrdə inkişaf edən Azərbaycanın hər bir regionu kimi rayonumuz da xeyli iş görülmüşdür. Bu istiqamətdə işlər bu gün də uğurla davam etdirilir.  Yeni məktəb binaları, səhiyyə ocaqları və digər sosial obyektlər tikilir, yollar salınır. Cənab Prezidentin sərəncamı ilə tikilən, Şingədulan və qonşu ərazilərin müntəzəm istifadə etdiyi 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun 20 km-i asfaltlaşdırılmış və yolun digər hissəsində isə tikinti işləri davam etdirilir. Yaxın vaxtlarda Şingədulan ərazisinə daxil olan yaşayış məntəqələrinə də təbii qazın verilməsi üçün işlərə başlanılacaqdır. Mənə verilən məlumata görə ərazinizdə ən böyük problemlərdən biri elektrik enerjisi ilə bağlıdır. Elektrik xətlərinin əsaslı təmiri aparılmamışdır. Bu sosial problemlərin həlli istiqamətində iş aparırıq. Bilirsiniz ki, cənab Prezidentin sərəncamı ilə yeni qurum “Azərişıq” səhmdar cəmiyyəti yaradılmışdır. Bu qurumun qarşısında ciddi məsələ qoyulmuşdur. Mənə verilən məlumata görə artıq rayonumuzun 5 kəndində , o cümlədən Şingədulanda yaxın günlərdə yeni transformatorlar qoyulacaq, elektrik xətləri “Sip” kabellərlə əvəzlənərək SMART tipli sayğaclar quraşdırılacaqdır. Əhali istifadə etdiyi elektrik enerjisinin haqlarını vaxtında ödəməlidir. Bu istiqamətdə bələdiyyə, ziyalılar maarifləndirmə işləri aparmalıdır.
     Rayonda qəzalı vəziyyətdə olan məktəblər üçün yeni binalar tikilməkdə davam edir. Hal-hazırda Anbu, Pirəsora, Boykəndil və Əvilə kənd məktəbləri üçün yeni binalar tikilir. Laman kəndində yeni məktəb binasının tikintisi nəzərdə tutulmuşdur.
    Əhalini narahat edən digər problemlər də bizə məlumdur. Bu problemlərin aradan qaldırılması üçün mütəmadi iş aparılır.
   Səyyar görüş-qəbulda vətəndaşlardan Gülağa Əbdülov, İsa İsmayılov, Fəxrəddin Qulamov, Şəfi Adıgözəlov və başqaları görülən içlərlə bağlı minnətdarlıqlarını bildirdilər, ərazidə qaz xəttinin çəkilişi, içməli su təminatının yaxşılaşdırılması, stadion tikintisi, kəndara yolların təmiri, kənd xəstəxanasının ixtisaslı həkimlə təmin edilməsi, həyətyanı torpaq sahəsinin verilməsi, qəzalı vəziyyətdə olan fərdi evin bərpa edilməsi və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
    Rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən səsləndirilən həlli mümkün məsələlərin icrası məqsədilə aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər