Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi
Ulu öndərin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Lerik Rayon Mədəniyyət evində rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə elmi-praktik konfrans keçirildi.
Öncə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafındakı roluna, ictimai-siyasi fəaliyyətinə həsr olunmuş “Heydər zirvəsi” adlı qısametrajlı sənədli filmə baxdılar.
Konfransı giriş nitqi ilə açıq elan edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda geniş məruzə etdi.
Daha sonra ulu öndərin Azərbaycanın dövlətçilik tarixinin ayrı-ayrı sahələri üzrə fəaliyyətini əks etdirən mövzularda YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərovun, rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun, gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmovun, ağsaqqallar şurasının üzvü Qəhrəman Əliyevin, mərkəzi xəstəxananın baş həkimi Mübariz Ağayevin məruzələri dinlənildi.