Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü təntənə ilə qeyd edildi
Ulu öndərə ümumxalq məhəbbəti zaman ötdükcə daha da artır. Hər il xalqımız tərəfindən ümummilli liderin doğum gününü böyük sevinc və bayram əhval-ruhiyyəsində qeyd edir. Həmişə Heydər Əliyev siyasətinə sadiq olan leriklilər də bu bayrama öncədən hazırlaşır.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, ağsaqqallar ulu öndərin abidəsini ziyarət etdilər.
Sonra ulu öndərin adını daşıyan meydanda əllərində gül-çiçək dəstələri ilə onun əzəmətli abidəsinin qarşısında növbəyə dayanan rayon sakinləri xalqımızın dahi oğlu Heydər Əliyevə həsr olunmuş ürək açan mahnıların sədaları altında abidə önündən keçərək ulu öndərə ehtiramla baş əydilər.