Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

28 aprel 2015 | 15:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
  Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 18 nəfər vətəndaş qəbul olunmuşdur. Vətəndaşlardan 1 nəfər kəndli fermer təsərrüfatının inkişafı məqsədi ilə uzunmüddətli kreditin alınmasına, 1 nəfər xəstə uşağının müalicəsinə, 2 nəfər qəzalı vəziyyətdə olan evinin bərpasına, 4 nəfər işlə təmin olunmalarına, 1 nəfər oğlunun işlə təmin edilməsinə, 2 nəfər maddi yardımın verilməsinə, 2 nəfər torpaq paylarının naturada göstərilməsinə, 2 nəfər qonşusu tərəfindən zəbt edilmiş torpaq sahəsinin asudələşdirilməsinə, 1 nəfər kənd mədəniyyət evinin təmir olunmasına köməklik göstərilməsini, 2 nəfər evinin bərpası üçün inşaat materialının verilməsini xahiş etdilər.
      Qəbulda olan vətəndaşların müraciətlərinin araşdırılması və həlli mümkün məsələlərin icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər