Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətində Çernobl əlilləri ilə görüş keçirildi

25 aprel 2015 | 15:00

Lerik Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov “Çernobl” faciəsinin 29-ci il dönümü ilə əlaqədar həmin faciənin fəsadlarının aradan qaldırılmasında iştirak edərək əlil olmuş rayon sakinləri ilə görüşü keçirdi.
     Görüşdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov dövlət başçısının əlillərə, o cümlədən Çernobl əlillərinə göstərdiyi diqqət və qayğı nəticəsində onlar üçün yaradılmış şəraitdən bəhs edərək bu istiqamətdə rayonda da görülmüş işləri diqqətə çatdırdı. Hər il ənənəvi olaraq aprel ayında Çernobl əlilləri, 3 Dekabr Beynəlxalq Əlillər Günündə isə Qarabağ Əlilləri ilə belə görüşlərimiz keçirilir. Çalışırıq ki, sizləri narahat edən məsələləri birlikdə müzakirə edək, həlli yollarını araşdıraq. Daha sonra rayon icra hakimiyyəti başçısı görüş iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirdi. 
    Tədbirdə iştirak edən Çernobl əlilləri adından çıxış edən Tarverdiyev Sariddin ölkə başçısı tərəfindən daim onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Onlara rayon icra hakimiyyəti tərəfindən il ərzində müalicə olunmaqdan ötrü göstərilən maddi dəstəyə görə təşəkkür etdilər.
     Sonda rayon icra hakimiyyəti başçısı tərəfindən Çernobl əlillərinə maddi yardım göstərildi.

Keçidlər