Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

2015-ci ilin birinci rübündə Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş Şuranın geniş iclası keçirildi

16 aprel 2015 | 15:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdan irəli gələn vəzifələr və 2015-ci ilin birinci rübündə Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr”lə bağlı rayon icra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi. 
    Şura iclasında rayon icra hakimiyyəti başçısı, aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
   Şura iclasını giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bütün məsələlər barədə ətraflı məlumat verdiyini, ötən ilin sonundan dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatının dinamik inkişafının təmin edildiyini, ölkəmizin ilin birinci rübünü uğurlu göstəricilərlə başa vurulduğunu qeyd etdi.
    Bildirdi ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə qəbul edilmiş Dövlət Proqramları ölkəmizin iqtisadiyyatının dinamik inkişafını təmin etmiş, iqtisadiyyatın neft sektorundan asılılığını azaltmış, bölgələrin inkişafını daha da sürətləndirmişdir.
     2015-ci ildə ilk Avropa Olimpiya oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Sevindirici haldır ki, ilk Bakı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən Lerik rayonu da  Məşəl Estafetinin keçiriləcəyi ərazi kimi seçilmişdir. Məşəl Yürüşünün rayonumuzun ərazisində yüksək səviyyədə  təşkil edilməsi üçün gənclər və idman nazirliyi ilə birgə tədbirlər görülür.
   Sonra natiq birinci rübdə rayonda aparılan tikinti-quruculuq işlərini,  Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “İDEA” İctimai Birliyinin I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində rayonumuzda da ağac əkmə kompaniyası uğurla davam etdirildiyini, ümumilikdə 2015-ci il üçün rayon meşə mühafizəsi və bərpası müəssisəsi ilə birlikdə rayon ərazisində 60 mindən yuxarı ağacın əkiləcəyini diqqətə çatdırdı. 
  Daha sonra rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafının təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov birinci rübün yekunları ilə bağlı geniş məruzə etdi.
   İclasda rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, Mədəniyyət və turizm şöbəsinin müdiri Aqil Sucayev, 43 saylı yol istismar idarəsinin rəisi Elxan Əliyev rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər barədə çıxış etdilər. 
     Şura iclasında qeyd olunan təkliflər və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar qəbul olundu.

Keçidlər