Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Milli Qəhrəmanın doğum gününə həsr olunmuş xatirə mərasimi keçirilmişdir

10 aprel 2015 | 15:00

10 aprel 2015-ci il tarixdə Lerik rayon 2 saylı tam orta məktəbin binasında  Azərbaycanın Respublikasının Milli Qəhrəmanı Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Valeh Əlizahir oğlu Müslümovun doğum gününə həsr olunmuş xatirə mərasim keçirilmişdir.
    Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının sədri Elxan Qənbərov, Ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak etmişdir.
      Tədbir iştirakçıları ilk öncə məktəbdə şəhidin xatirəsinə yaradılmış muzeydə V.Müslümovun qəhrəmanlıq və şücaət yolunu əks etdirən nəfis tərtibatlı fotoguşələrlə tanış olmuşlar və şəhidin abidəsi önünə tər gül-cicək dəstələri qoymuşlar.
      Tədbirin əvvəlində dövlət himni səsləndirilmiş, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 2 saylı tam orta məktəbin müəllimi Əfrail Həmidov giriş sözü ilə çıxış edərək bildirmişdir ki,  məktəb bu gün tədrislə yanaşı, həm də gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Şagirdlər hər gün məktəbə gələndə V.Müslümova aid guşə ilə qarşılaşır, hər dəfə onu yad edir, fəaliyyəti, həyat yolu ilə tanış olurlar. Təbii ki, bu, onların vətənpərvərlik hissini coşdurur, onları Vətəni onun kimi sevməyə sövq edir. 
   Sonra Milli Qəhrəmanın keçdiyi şərəfli ömür yolu barədə Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının sədri Elxan Qənbərov, Ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov çıxış edərək onun 1991-ci ilin avqustunda DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlaması, Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak etməsi və döyüşlərdə göstərdiyi qəhrəmanlıq barədə söhbət açmışlar. Milli Qəhrəman V.Müslümovun atası Əlizahid Müslümov  Vətənin azadlığı uğrunda canlarını fəda edənlərin heç vaxt unudulmadığını vurğuladı və ailəsi adından Milli Qəhrəman Valeh Müslümovun xatirəsinin əbədiləşdirilməsinə göstərilən diqqət və qayğıya görə tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirdi.
      Rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova çıxış edərək bildirdi ki, vətənin azadlığı yolunda şəhid olanlar gələcək nəsillərin firavanlığı üçün öz canından keçmişdir. Biz Azərbaycanın bugünkü uğurlu inkişafını görəndə düşünürük ki, qəhrəmanlarımız əbəs yerə canlarından keçməmişlər.
     Xatirə mərasimində şəhidin təhsil aldığı məktəbin şagirdlərinin iştirakı ilə Milli Qəhrəmana həsr edilən bədii kompozisiya alqışlarla qarşılanmışdır.

Keçidlər