Seminar-müşavirə keçirildi
Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatında rayon icra hakimiyyəti başçısı aparatının məsul işçilərinin, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə “Rayon icra hakimiyyəti başçısı aparatında, idarə, müəssisə, təşkilatlarda və ərazi icra nümayəndəliklərində kargüzarlıq işinin təşkili vəziyyəti” barədə seminar-müşavirə keçirildi.
Seminar-müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Təhməz Əliyev sənədlərlə iş və kargüzarlığın mövcud təlimatın və qanunvericiliyin tələblərinə uyğun aparılması ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsindən daxil olmuş tövsiyələrlə barədə geniş izahat verdi.
Seminar-müşavirədə iştirakçıların kargüzarlıq işinin təşkili ilə bağlı sual və təklifləri cavablandırıldı.