Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə Şuranın iclası keçirildi

10 aprel 2015 | 15:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirildi.  Şura iclasında rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Şura iclasının gündəliyində olan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 16 noyabr 2007-ci il tarixli 181 saylı qərarının kənd ərazi komissiyalarında icra vəziyyəti” haqqında məsələ geniş müzakirə edildi. Görülmüş işlər təhlil edildi, buğda əkinin artırılmasının zəruriliyi qeyd olundu, nöqsan və çatışmazlıqlar vurğulandı.
       Sonda rayon icra hakimiyyəti başçısı müzakirə edilən məsələ ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Keçidlər