“Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə kompaniyası davam edir
09 aprel 2015 | 15:00
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” aksiyası çərçivəsində Lerik rayonunda 08-09 aprel 2015-ci il tarixlərdə Lerik şəhərinin “Veləçola” adlı sahəsində 2 hektar ərazidə, Noda, Qosmalian, Kələxan ərazi icra nümayəndəliklərində idarə, müəssisə və təşkilat kollektivlərinin və əhalinin iştirakı ilə iməcilik keçirildi və akasiya, qoz, ağcaqayın, göyrüc, katolba cinsindən olan ümumilikdə 2920 ədəd ağaclar əkildi.
Ağac əkini kompaniyası davam edir.