Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə kompaniyaları keçirilir

03 aprel 2015 | 15:00

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” aksiyası çərçivəsində Lerik rayonunda 02-03 aprel 2015-ci il tarixlərdə  Piran, Noda, Cəngəmiran, Blaband, Qosmalian, Kələxan ərazi icra nümayəndəliklərində və Lənkəran-Lerik avtomobil yolunun 48-54 km-də, Noda - Günəşli yolu boyunca, Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun kənarında idarə, müəssisə və təşkilat kollektivlərinin  və əhalinin iştirakı ilə iməcilik keçirildi və ümumilikdə  1200 ədəd  müxtəlif cinslərdən olan ağaclar əkildi.
     Rayon yaşıllaşdırma idarəsinin işçiləri tərəfindən xüsusi avadanlıqlar vasitəsi ilə ağaclar suvarılmış və onlara aqrotexniki qulluq göstərilmişdir.
   Eyni zamanda yaşıllaşdırma aksiyası çərçivəsində rayon meşə mühafizəsi və bərpası müəssisəsinin kollektivi tərəfindən dövlət meşə fondu torpaqlarında – Razvandaband, Vizəzəmin, Gürdəsər və Lerik meşəbəyliyinin müxtəlif dolaylarında akasiya, qoz, ağcaqayın, göyrüc, katolba cinsindən 40 mindən yuxarı ağac əkilmişdir.
     Hal-hazırda ağac əkini kompaniyası davam edir. Kompaniya çərçivəsində 50 mindıən çox ağacın əkilməsi nəzərdə tutulmuşdur.

Keçidlər