Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon tədbiri keçirildi

30 mart 2015 | 15:00

Rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbirdə öncə soyqırım qurbanlarının xatirəsi sükutla yad edildi. Giriş nitqi ilə çıxış edən  Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov 97 il əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisələri haqqında ətraflı məlumat verdi.
      Bildirdi ki, 1918-ci ilin mart qırğınları ermənilərin  azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk  siyasi hüquqi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “1948-1953-cü il illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli 656 nömrəli və “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların-soyqırımların rəsmən adı çəkilmiş, xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmış, erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Bu Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmiş və hər il kütləvi tədbirlərlə yad edilməklə dünya dövlətlərinin və xalqlarının diqqəti  bu hadisələrə cəlb edilmişdir.
    Daha sonra rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, aparatın sektor müdiri Əlipənah Bayramov, texniki peşə məktəbinin direktoru Hüseynbala Əliyev və başqaları çıxış edərək uzun illər erməni qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı aktlarını qeyd etdilər. Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyanın aparıcı dövlətlərində həyata keçirilən “Xocalıya Ədalət” kompaniyası nəticəsində artıq ABŞ-ın 17 Ştatının və bir sıra dövlətlərin parlamentlərinin qəbul etdikləri qətnamələri diqqətə çatdırdılar. Bu tarixi faciələrin gələcək nəslə çatdırılması məqsədi ilə keçirilən anım tədbirlərinin həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rolunu vurğuladılar.

Keçidlər