Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Novruz bayramı Lerik rayonunda da qeyd edilmişdir

20 mart 2012 | 16:00

Novruz bayramı münasibəti ilə rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının nümayəndələri, idarə, təşkilat və müəssisələrin kollektivləri, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumrayon şənliyi keçirildi.
Tədbir Heydər Əliyev meydanında “Cəngi” musiqisinin sədaları altında bayram tonqalının alovlandırılması ilə başlandı. Dədəqorqud rayon əhalisini və tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etdi. Bayram tonqalı ətrafında Novruzun rəmzi olan Kosa və Keçəlin iştirakı ilə rayon mədəniyyət evinin və kənd mədəniyyət evlərinin rəqs ansambllarının üzvlərinin ifasında xalq rəqsləri və oyunlar nümayiş etdirildi.
Bayram tədbiri “Elvin” şadlıq sarayında bayram süfrəsi arxasında davam etdirildi.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını və rayon əhalisini bayram münasibəti ilə təbrik etdi, ötən Novruz bayramından bəri rayonda görülmüş tikinti-quruculuq işlərini, əldə olunan nailiyyətləri qeyd etdi. Natiq bildirdi ki, bu gün ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu icrasının nəticəsidir ki, Azərbaycan dinamik inkişaf edərək dünyaya inteqrasiya olunur, regionlarımız sürətlə inkişaf edir, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində tədbirlər həyatta keçirilir. Məhz bu diqqətin nəticəsidir ki, Novruz bayramı BMT-nin qərarı ilə beynəlxalq bayramlar siyahısına daxil edilmişdir.
Ötən Novruz bayramından keçən bir il rayonumuz üçün də uğurlu və yaddaqalan olmuşdur. Lerik rayonu gündən-günə inkişaf edir, gözəlləşir. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə Lerik şəhərində və ərazilərdə tikinti-quruculuq, abadlıq işləri davam etdirilmiş, 2 yeni məktəb binasının tikintisi başa çatdırılmış, daha 14 kənddə yeni məktəb binalarının tikintisi davam etdirilir. 2011-ci ildə 6 kəndə mavi yanacağın verilməsi təmin edilmiş, digər yaşayış məntəqələrinə də qaz xəttinin çəkilməsi, 17 meqavat gücündə modul tipli elektrik stansiyasının, Lerik şəhər əhalisinin içməli su probleminin həlli məqsədi ilə yeni su xəttinin, eyni zamanda kanalizasiya şəbəkəsinin tikintisində işlər sürətlə aparılır. Bundan sonra da əhalinin həyat sosial rifah halının yaxşılaşdırılması, tikinti-quruculuq işlərinin daha da genişləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir.
Əziz leriklilər! Təmizlik, saflıq, ruzi-bərəkət, bolluq, birlik və həmrəylik rəmzi olan Novruz bayramı münasibəti ilə Sizi bir daha təbrik edirəm. Qoy bu baharın ayağı sayalı olsun, qoy bu Novruzdan sonra düşmən tapdağında olan torpaqlarımız azad olunsun, Vətən torpaqları uğrunda şəhid olmuş soydaşlarımızın ruhu şad olsun.
Sonra rayonun musiqi kollektivlərinin ifasında rəngarəng musiqi nömrələri səsləndirildi.
Rayon icra hakimiyyəti başçısı tərəfindən 600-dən çox ailəyə bayram sovqatı verildi.
 

Keçidlər