Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

23 İyun Dövlət qulluqçularının peşə bayramı günü qeyd edildi

23 iyun 2022 | 16:21

İyunun 23-də dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirildi. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər gül dəstələri qoyaraq öz ehtiramlarını bildirdilər. 

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında davam etdirilən tədbiri rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev giriş nitqi ilə açaraq dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik etdi. Bildirdi ki, bu gün hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun təşkili tamamilə yeni prinsiplərə əsaslanır. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət qulluğu siyasəti qanunçuluq və hesabatlılıq, şəffaflıq və müsabiqə, bərabərlik və cavabdehlik prinsiplərinə əsaslanan dövlət idarəçiliyi sisteminin daha səmərəli inkişaf etməsinə xidmət edir.

Sonra C.Baxşiyev cənab Prezident tərəfindən 2006-cı ildə dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsini dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsi olduğunu qeyd etdi. 

Daha sonra rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov 23 iyun - “Dövlət qulluqçularının peşə bayramı günü"nə həsr olunmuş geniş məruzə ilə çıxış etdi.

Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov və Dövlət İdarələri və İctimai Xidmət  İşçiləri Həmkarlar İttifaqı Lerik rayon komitəsinin sədri Ələkbər Salayev çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik etdilər, çətin və şərəfli  fəaliyyətlərində uğurlar arzuladılar.

Sonra dövlət qulluğunda səmərəli və qüsursuz fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanlar təqdim edildi.

Keçidlər