Novruz yarmarkası keçirildi
16 mart 2015-ci il tarixdə rayon icra hakimiyyəti tərəfindən Novruz bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilmişdir. Yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə tərəvəz, toyuq, süd məhsulları, ət, həmçinin müxtəlif çeşiddə çərəzlər satışa çıxarılmışdır.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov yarmarkada iştirak etmiş, ərzaq məsullarının qiymətləri ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, yarmarkada bütün növ məhsullar bazar qiymətlərindən 20-30 % aşağı qiymətə satılmışdır.
Yarmarkada iştirak edən sakinlər bu təşəbbüsə görə rayon icra hakimiyyəti başçısına öz minnətdarlıqlarını bildirdilər.
Novruz bayramı münasibəti ilə həmçinin rayon icra hakimiyyətinin başçısı adından rayondakı şəhid ailələrinə, Böyük Vətən müharibəsi iştirakçılarına, Qarabağ müharibəsi əlillərinə, eləcə də imkansız ailələrə bayram sovqatı verildi.