Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikdə Novruz bayramı münasibəti ilə ümumrayon tədbiri keçirildi

16 mart 2015 | 16:00

Bayramsayağı bəzədilmiş Heydər Əliyev meydanında Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, rayon icra hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin kollektivləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə bayram şənliyi keçirildi.
    Öncə rayon icra hakimiyyəti başçısı bayram münasibəti ilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi və rayonun tarixini, etnoqrafiyasını əks etdirən eksponatlarla tanış oldu.
    Sonra Dədə Qorqud şənlik iştirakçılarını və rayon əhalisini müqəddəs Novruz bayramı münasibəti ilə təbrik etdi. Milli geyimli qız at üstündə bayram tonqalını alışdırmaq üçün məşəli meydana gətirdi. Bayram tonqalı rayon icra hakimiyyəti başçısı və Dədə Qorqud tərəfindən alovlandırıldı. 
      Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə rayon əhalisini təbrik etdi, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzuladı. Daha sonra ötən Novruz bayramından bəri rayonda görülmüş tikinti-quruculuq işlərindən, əldə edilmiş nailiyyətlərdən danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin nəticəsidir ki, ölkəmizin bütün bölgələri sürətlə inkişaf edir. Ötən Novruz bayramından keçən bir il Lerik rayonu üçün də uğurlu və yaddaqalan olmuşdur. Rayonumuz gündən-günə inkişaf edir, gözəlləşir. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə Lerik şəhərində və ərazilərdə tikinti-quruculuq, abadlıq işləri, yaşayış məntəqələrinə qaz xətlərinin çəkilməsi davam etdirilmiş, yeni məktəb binaları, səhiyyə müəssisələri, uşaq bağçaları, inzibati idarə binaları tikilib istifadəyə verilmişdir. Cənab Prezidentin qayğı və diqqəti ilə kənd bir neçə istiqamətdə kənd yolları yenidən tikilərək asfaltlaşdırılmış, kəndara yolları əsaslı təmir edilmişdir. Hazırda tikinti-quruculuq işləri davam etdirilir. Ölkə başçısının tapşırığına uyğun olaraq bundan sonra da əhalinin həyat səviyyəsinin, sosial rifah halının yaxşılaşdırılması, tikinti-quruculuq işlərinin daha da genişləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir.
    Bayram tonqalı ətrafında rayon mədəniyyət evinin və kənd mədəniyyət evlərinin rəqs ansambllarının üzvləri, Novruzun rəmzi olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar nümayiş etdirildi. Bayram tədbirinə xüsusi rəng qatan pəhləvanların və kəndirbazların nümayiş etdirdiyi maraqlı nömrələr alqışlarla qarşılandı.

Keçidlər