Qosmalian kənd ərazi icra nümayəndəliyində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Qosmalian kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi. Səyyar görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov iştirak edirdi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı. Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədovu iştirakçılara təqdim etdi.
Bildirdi ki, cənab Prezidentin tapşırığı ilə artıq ənənə halını almış səyyar görüş-qəbullarda bir neçə dəfə sizlərlə görüşmüşük. 2015-ci ildə Qosmalian kəndində ilk səyyar qəbulumuz keçirilir.
Daha sonra rayon icra hakimiyyəti başçısı son illər Prezident cənab İlham Əliyevin qayğı və diqqəti ilə Respublikada və rayonumuzda həyata keçirilən abadlıq-quruculuq işləri barədə geniş məlumat verdi. Bildirdi ki, son illər cənab Prezident 3 dəfə rayonumuza səfər etmişdir. Hər üç səfər rayonumuzun tarixində əlamətdar hadisələrlə yadda qalmışdır. Və mən deyərdim ki, rayonumuzun inkişafı bu səfərlərdən sonra daha da geniş vüsət almışdır. Son 11 ildə cənab Prezidentin rəhbərliyi ilə inkişaf edən Azərbaycanın hər bir regionu kimi rayonumuz da gündən-günə dəyişir, gözəlləşir. Yeni məktəb binaları, səhiyyə ocaqları və digər sosial obyektlər tikilir, yollar salınır. Əhalini fasiləsiz elektrik enerjisi və təbii qazla təmin etmək istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qosmalian və qonşu ərazilərin müntəzəm istifadə etdiyi Lerik-Qosmalian-Kəlvəz avtomobil yolu əsaslı tikilərək əhalinin istifadəsinə verildi. Ərazinin yaşayış məntəqələrinin çoxu təbii qazla təmin edilmişdir. Yaxın vaxtlarda digər kəndlərin də qazlaşdırılmasına başlanılacaqdır. Rayon ərazisində elektrik xətlərinin əsaslı təmiri məqsədi ilə Dövlət Neft şirkətinin dəstəyi ilə minlərlə dəmir dirəklər gətirilərək ərazilərə çatdırılmış, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi daim nəzarətdə saxlanılmışdır. Bu və digər sosial problemlərin həlli istiqamətində iş aparırıq.
Daha sonra rayon icra hakimiyyəti başçısı bildirdi ki, bugünkü səyyar qəbulumuzda Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov iştirak edir. Səmimi görüşdür. Kimin nə kimi problemi vardırsa xahiş edirəm söz alıb fikrini bildirsin.
Sonra vətəndaşlar dinlənildi. Səyyar görüş-qəbulda çıxış edən sakinlərdən Elxan Nurullayev, Sabir Quliyev, Əlipaşa Əliyev, Kamal Hüseynov, Məhrəməli Zeynalov, Gülnarə Mehdiyeva, Cəlayir Əkbərov və başqaları Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti ilə ucqar dağ rayonu olan Lerikdə son illər aparılan tikinti-quruculuq və abadlıq işləri, ərazilərin qazlaşdırılması, kənd yollarının asfaltlaşdırılması, yeni məktəb, səhiyyə, uşaq bağçaları və digər sosial obyektlərin tikildiyini qeyd etdilər və ölkə başçısına minnətdarlıqlarını çatdırdılar. Vətəndaşlar ərazidə qaz çəkilməyən yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsini, İran İslam Respublikası ilə sərhəddə gömrük sərhəd-keçid məntəqəsinin və ya həftəbazarının açılmasını, əkinə yararlı sahələrin suvarılması və əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə su bəndlərinin tikintisini, 35 yerlik Qosmalian kənd uşaq bağçasının əsaslı təmirini, yeni meyvə bağlarının salınması və yeni yaşıllıqların salınmasını, “Kənd təsərrüfatı ili” çərçivəsində əkin sahələrinin genişləndirilməsi, güzəştli kreditlərin, lizinq yolu ilə zəruri texnikaların uzun müddətə və aşağı faizlə verilməsini, emal müəssisələrinin yaradılmasını və imkansız ailələrə ünvanlı dövlət sosial yardımın təyin edilməsinə köməklik göstərilməsini xahiş etdilər.
Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov səyyar görüş-qəbulda çıxış edərək cənab Prezidentin rəhbərliyi ilə son illər respublikamızın əldə etdiyi iqtisadi və siyasi uğurları, dövlətimizin beynəlxalq nüfuzunun gücləndiyini, Avropanın enerji daşıyıcıları ilə təminatında oynadığı rolu və cənab İlham Əliyevin uğurlu siyasi kursu nəticəsində reallaşdırılan iri enerji layihələrinin, Dövlət Proqramlarının icrası nəticəsində yaradılmış iş yerləri, əhalinin həyat səviyyəsinin gündən-günə yaxşılaşdığını diqqətə çatdırdı, Respublikada olduğu kimi Lerik rayonunda görülmüş işlər barədə məlumat verdi, vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibətini bildirdi və onların icrası ilə bağlı həyata keçiriləcək tədbirləri qeyd etdi.
Rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verdi.